Afrində strateji yüksəklik ələ keçirilib


Dünya 23 Yan 2018 22:12:00 282 0

Afrində strateji yüksəklik ələ keçirilib

Türkiyə ordusu vә Azad Suriya Ordusu  Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini vә üç kәndi  ələ keçirib.

Son.az TRT Azərbaycan-a istinadən bildirir ki, əməliyyat nəticəsində 2 terrorçu əsir götürülüb.

Qeyd edәk ki, terror təşkilatı Burseya dağının həm Kilis rayon mərkəzi, həm də müxaliflərin nəzarətindəki Azezə baxan mövqeyi sayəsində bu bölgələrdəki vətəndaşları  top və raket hücumları ilə hədəf alırdı.

Belәliklә 3 gün әrzindә hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә 14 bölgә terrorçulardan tәmizlәnib.