İnsan özünü necə tərbiyə edə bilər?


Digərləri 23 Yan 2018 22:15:00 256 0

İnsan özünü necə tərbiyə edə bilər?

İnsan müxtar varlıqdır ki, Allah Təala onu ixtiyar sahibi etmişdir və özünü tərbiyə etmək kimi böyük vəzifəni onun üzərinə öhdəlik kimi qoymuşdur. Bəs niyə başqa məxluqların belə vəzifəsi yoxdur?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu vəzifə insanın başqa varlıqlardan nə qədər uca olduğunun nişanəsidir. Başqa varlıqlar Allah və mələklər vasitəsilə idarə olunur və onların sayəsində özlərini islah edirlər. Ancaq insan belə deyildir. İnsan məhz özünü tərbiyə vasitəsilə islah edib, təkamül yolunu keçməlidir.

İnsanın kamalı elə bundadır ki, özü-özünü islah edər və kamala çatdırar.

İnsan ancaq tövhid yolu ilə özünü islah edə bilər. Çünki insanı kamala çatdıran tək yol - tövhid və Allahpərəstlik yoludur.

O zaman ki, insan "Lə iləhə illəllah" deyər, tövhidi qəbul edər və şirki inkar etmiş olar. Quran dəfələrlə möminlərlə kafirlərin misalını çəkərək, onları müqayisə etmiş və hansı dəstənin bəsirət əhli olduğunu tanıtmışdır.

"Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir". ("Həcc" 19).

Bunu da qeyd edək ki, özünü tərbiyə etmək sadəcə namaz qılıb oruc tutmaqla mümkün deyildir, özünü islah etmək istəyən əqidəsinin üzərində işləməlidir. Təfəkkür edib, əməllərini islah etməlidir.