Dünyanın ilk vətəndaş robotu Sophia Türkiyəyə gəlir


Digərləri 23 Yan 2018 22:02:00 327 0

Dünyanın ilk vətəndaş robotu Sophia Türkiyəyə gəlir

Hong Konglu tədqiqatçılar tərəfindən yaradılan və Sophia adı verilən insanabənzər robot 5-ci Marketing Meetup 2018 tədbirinin qonağı olaraq İstanbula gələcək.

  Son.az TRT Azərbaycan-a istinadən bildirir ki, Sophia 19 apreldə başlayacaq tədbirdə ona verilən suallara cavab verəcək.   Səudiyyə Ərəbistanı 25 oktyabr 2016-cı ildə Ər-Riyadda keçirilən Gələcəyin İnvestisiya Təşəbbüsləri adlı tədbirdə Sophiaya vətəndaşlıq verildiyini bildirmişdi.   Səudiyyə Ərəbistanının bu həmləsindən sonra Sophia dünyanın vətəndaşlıq verilən ilk robotu oldu.