PYD Türkiyəyə raket atdı


Dünya 23 Yan 2018 22:08:00 283 0

PYD Türkiyəyə raket atdı

Saat 16.10-da atılan raket, Kilisin Atatürk Məhəlləsində üç mərtəbəli bir evin damına isabət edib.

Son.az TRT Azərbaycan-a istinadən bildirir ki, insan tələfatı və ya yaralanan olmayan hücum nəticəsində binada xǝsarǝt  yaranıb. Bəzi maşınlara zərə dəyib.

Polis əməkdaşları, hadisədən sonra təhlükəsizlik tədbirlərini  artırdığı bölgədə tədqiqat başladarkən, sərhəddəki topçu qüvvələr, radar sistemləriylə yerləri müəyyən edilən quldurlara haubitsalarla atəş edilib.

PYD/PKK mənsubu quldurların Hatayın Reyhanlı rayonuna atdıqları raketin isə Mustafa Kamal Məhəlləsindəki evlər arasında yerləşən zeytun bağına düşüb. Can itkisi və ya yaralanan olmayıb.