Türkiyə daha bir şəhid verdi


Dünya 23 Yan 2018 21:52:00 282 0

Türkiyə daha bir şəhid verdi

Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, "Zeytin budağı" əməliyyatının dördüncü günündə çavuş Mehmet Muratdağı Afrin yaxınlarında PKK-nın Suriya qou olan PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adlı antiterror əməliyyatlarına başlayıb. Əməliyyatlar zamanı Türkiyə ordusunun hərbçiləri Musa Özalkan və leytenant Oğuz Kaan Usta şəhid olmuşdu.