Azərbaycanın sədrliyi ilə AŞPAnın plenar iclası keçirilib


Siyasət 23 Yan 2018 21:48:00 268 0

Azərbaycanın sədrliyi ilə AŞPAnın plenar iclası keçirilib

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasına sədrlik edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Səməd Seyidovun sədrlik etdiyi iclasda AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin məruzəsi dinlənilib. İtaliyalı deputat Nunsiya Katalfonun hazırladığı "Vətəndaşların əsas gəliri, özünü müdafiə ideyası" adlı məruzə müzakirə edilib. Məruzədə Avropa ölkələrində yoxsulluğun və bərabərsizliyin artdığı, insanlara ləyaqətli həyat şəraitinin təmin edilməsinin çətinləşdiyi bildirilib. Eyni zamanda, müasir rəqəmsal texnologiyanın inkişafı ilə bir çox iş yerlərinin bağlanması, işsizliyin artması diqqətə çatdırılıb. Məruzədə üzv ölkələrə ünvanlanan bir sıra təkliflər irəli sürülüb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin