İşçilərin maaş borcu kərpiclə ödənilib


Digərləri 23 Yan 2018 21:25:00 323 0

İşçilərin maaş borcu kərpiclə ödənilib

Çinin cənub-şərqində yerləşən bir müəssisə işçilərin ödənilməmiş qalan məvacib borcunu kərpiclə ödəyib.

Maaş borcunun ümumi həcmi 90 min yuan (14 min ABŞ dolları) təşkil edib.

Nançan şəhərində yerləşən müəssisənin 30 fəhləsi 80 min yuan əvəzinə 290 min kərpic almağa razılaşıb, rəsmi Xinhua agentliyi xəbər verir.

"Jiangxi Daily" qəzeti işçilərin çoxunun dağlıq Yunan bölgəsindən olduğunu yazır. Məlumata görə onların qaldığı yataqxanada elektrik və isinmə sisteminin olmadığına görə işçilər şam və odundan istifadə edirmişlər.

Yerli əmək və məhkəmə orqanları işçilərin məişət durumuna maraq göstərəndən sonra fəhlələr maaş borcunun kərpiclə qarşılanmasına razı olublar.

Hazırda adı çəkilməyən işəgötürən müəssisə hələ də borclu qaldığı 10 min yuan tapmağa çalışır, Xinhua agentliyi xəbər verir.

Mövzu Çin mətbuatında qızğın müzakirələrə təkan verib.