Meyvə və tərəvəzlərdəki zərərli maddələri necə təmizləmək olar?


Digərləri 23 Yan 2018 21:11:00 288 0

Meyvə və tərəvəzlərdəki zərərli maddələri necə təmizləmək olar?

Sağlam və gümrah olmaq üçün meyvə və tərəvəzin rolu böyükdür. Təəssüf ki, son illərdə yetişdirilən meyvə və tərəvəzlərin, xüsusilə xaricdən gətirilən məhsulların tərkibi elə də ürəkaçan deyil. Və bu sahə getdikcə inkişaf etməkdədir. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz GMO (genetik modifikasiya olunmuş orqanizm) mənşəlli toxumlara, bitki şitillərinə üstünlük verirlər. İstehlakçı kimi hər birimiz mövsümü olaraq yetişdirilən bu məhsulları alarkən keyfiyyətsizliyini hiss edirik.

Bəs meyvə-tərəvəzlər necə təmizləmək olar?

Son.az publika.az-a istinadən xəbər verir ki, aparılan təcrübədə almanın səthinə pestisit maddəsi sürtüldüyü ortaya çıxıb. Pestisidlər 1 gün ərzində meyvə və tərəvəzlərin üzərində qalıb.

Tədqiqatçılar daha sonra almaları ayrı-ayrılıqda kran suyu və soda qarışdırılmış su ilə yuyub. Daha sonra alma səthində və tərkibində zəhərli maddələrin mövcudluğunu qiymətləndirmək üçün laboratoriyaya verilib.