Banan qabığı suyu təmizləməyə qadirdir


Digərləri 23 Yan 2018 21:10:00 307 0

Banan qabığı suyu təmizləməyə qadirdir

American Chemical Society - mütəxəssisləri hesab edirlər ki, banan qabığını suyu agır metallardan təmizləmədə istifadə etmək olar. Alimlərin təqdim etdiyi hesabatda deyilir ki, doğranılmış banan qabığı suyun təmizlənməsi üçün nəzərdə tutulan digər müasir materiallara nisbətdə daha yaxşı nəticələr göstərir

Son.az deyerler.org-a istinadən bildirir ki, günümüzdəki mövcud olan sənaye istehsalı suyu mis və qurğuşun kimi metallarla çirkləndirir. Bu metallar insan orqanizminə zərərli təsir edir. Halhazırda ağır metalların sudan təməzlənməsi metodları çox bahalıdır və onda istifadə olunan bəzi maddələr özləri zəhərli sayılır. Tədqiqatçıların fikrinə görə, suyun təmizlənməsində baha başa gəlməyən, amma effektiv olan banan qabığının istifadəsi düzgün qərardır. Banan qabığı suyu qurğuşun və misdən başqa materialara nisbətdə daha yaxşı təmizləyir. Banan qabığından hazırlanan quraşdırmaları effektivliyi düşmədən 11 dəfə işlətmək olar.