Prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitseprezidenti ilə görüşü olub


Siyasət 23 Yan 2018 20:52:00 269 0

Prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitseprezidenti ilə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Microsoft" şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışıldı. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıldı. "Microsoft" ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olundu.