Prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub


Digərləri 23 Yan 2018 20:48:00 185 0

Prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.

Bakı. Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışıldı. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıldı. “Microsoft” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olundu. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin