Zidan: "Kepaya qarşı ədavətim yoxdur"


İdman 23 Yan 2018 20:10:00 287 0

Zidan: "Kepaya qarşı ədavətim yoxdur"

"Real" gənc qapıçı Kepa Arrisabalaqanın transferinə yaxın olsa da, bu məsələ artıq bağlanıb. Klubun prezidenti Florentino Perez Kepanı istəsə də, baş məşqçi Zidan buna razı olmamışdı.

"Sonda mənim qalib gəldiyimi eşitməkdən narahat oluram. Gündəlik qayğım "Real" futbolçularıdır. Komandada olmayan futbolçular haqqında danışmaq istəmirəm. Mənim yetirmələrim daha yaxşıdır. Vəzifəm heyəti qorumaqdır. Kepaya qarşı ədavətim yoxdur. Serxio Ramos? O, zədəsini sağaldıb. Növbəti oyunda bir neçə dəqiqə oynamağa hazırdır" - fransalı mütəxəsis son mətbuat konfransında deyib.