Moskva məktəblərinin direktorları Bilik Fondunda olublar (FOTO)


Digərləri 23 Yan 2018 20:03:00 243 0

Moskva məktəblərinin direktorları Bilik Fondunda olublar (FOTO)

Moskva Şəhər Təhsil Departamenti (MŞTD) Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələrinin Rayonlararası Direktorlar Şurasının (RDŞ) dəstəyi ilə Şura üzvləri Bakıda səfərdə olublar.

Bakı. Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı - Moskva şəhərinin “1273 nömrəli məktəb” Dövlət Büdcə Ümumtəhsil Müəssisəsinin (DBÜM) təşəbbüsü, Bilik Fondunun dəvəti və Moskva Şəhər Təhsil Departamenti (MŞTD) Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələrinin Rayonlararası Direktorlar Şurasının (RDŞ) dəstəyi ilə Şura üzvləri Bakıda səfərdə olublar. Fonddan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində “Məktəb №1532” DBÜM-nin direktoru, Rusiya Federasiyasının Fəxri ümumtəhsil işçisi, “Paytaxt Direktorları Liqası”nın üzvü, MŞTD Şəhər Attestasiya Komissiyasının üzvü, Moskva şəhəri Tyoplıy Stan Rayon Bələdiyyə Yığıncağının deputatı, Moskva şəhəri Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələri RDŞ-nin sədri Marqorita Butırskaya, “Məktəb №1273” DBÜM-nin direktoru, Konkovo Rayon Bələdiyyə Yığıncağının deputatı, biologiya elmləri namizədi Mixail Popov, “Məktəb №1507” DBÜM-nin direktoru, Tyoplıy Stan Rayon Bələdiyyə Yığıncağının deputatı Aleksandr Şuvalov, “Məktəb №49” Viktor Mixaylov, Moskva şəhəri, “Hüquqi Yardım Mərkəzi” Müstəqil Qeyri-Kommersiya Təşkilatının direktoru, siyasi elmlər namizədi Sergey Kandrikov Bilik Fondunda olublar. Əvvəlcə qonaqlar Fondun əməkdaşlarının müşayiəti ilə Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Fondun rəhbərliyi və kollektivi ilə görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Sonra Moskva şəhər Təhsil Departamenti Konkovo və Tyoplıy Stan rayonları təhsil müəssisələrinin Rayonlararası Direktorlar Şurası, Bilik Fondunun Beynəlxalq layihələr və İnformasiya təminatı sektorları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.