BP rəhbəri neftin qiymətindən danışdı: "Gözləməyə dəyməz"


Digərləri 23 Yan 2018 19:45:58 268 0

BP rəhbəri neftin qiymətindən danışdı: "Gözləməyə dəyməz"

Neft bazarı artıq balanslaşdırılıb və neftin qiymətinin güclü tərəddüdünü gözləməyə dəyməz.

Bakı. Neft bazarı artıq balanslaşdırılıb və neftin qiymətinin güclü tərəddüdünü gözləməyə dəyməz. Trend-in məlumatına görə, bunu BP şirkətinin rəhbəri Robert Dadli Davosda Dünya İqtisadi Forumunun kuluarlarında deyib. R.Dadli qeyd edib ki, bazar istehsalat və gündəlik tələbat baxımından ötən ildən balanslaşdırılıb: "Lakin ehtiyat azalır. Ümumilikdə bazarın balanslaşdırıldığını düşünürəm".