Di Maria: "Messi mənə mane olmur, onunla oynamaq xoşuma gəlir"
İdman 23 Yan 2018 19:22:00 277 0
PSG və Argentina millisinin yarımmüdafiəçisi Anhel Di Maria 2018-ci ildə dünya çempionatına getmək ehtimalı barədə danışıb. Goal.az xəbər verir ki, Di Maria Messinin turnirdə iştirakının dəqiq olduğunu bildirib.
"Düzü, heyətdə yerimə zəmanət yoxdur. Sampaoli deyib ki, dünya çempionatına dəqiq gedəcək olan "cırtdandır". Qalan futbolçular isə heyətə düşmək üçün çalışmalıdır. Kimsə Argentina millisində yerini hazır bilsə və arxayınlaşsa, böyük səhvə yol vermiş olar.
Messi mənə mane olmur, onunla oynamaq xoşuma gəlir. Futbolda başa gələcək ən gözəl şey ən yaxşılarla və yadplanetli ilə futbol oynamaqdır".
Mənbə: goal.az