Almaniyada təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb


Dünya 23 Yan 2018 19:01:16 263 0

Almaniyada təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb

Faciə Filipsburq şəhəri yaxınlığında baş verib

Almaniyanın Filipsburq şəhəri yaxınlığında kiçik həcmli təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb.

Bu barədə "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Qəza zamanı hər iki nəqliyyat vasitəsi alovlanıb. Hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Faciənin təfərrüatları, qəza anında təyyarə və helikopterdə nə qədər insan olduğu barədə, hələ ki, heç bir məlumat yoxdur.