Kepa: "Athletic"də qalmağın ən yaxşı seçim olduğuna inandım"


İdman 23 Yan 2018 18:36:00 280 0

Kepa: "Athletic"də qalmağın ən yaxşı seçim olduğuna inandım"

"Athletic"in qapıçısı Kepa Arrisabalaqa klubla müqaviləsini 2025-ci ilə kimi yenilədi. Goal.az xəbər verir ki, "Real Madrid"in transfer siyahısında olan gənc qapıçı bask klubunda qalmaq qərarına yadınlıq gətirib.

"Başqa klublardan təkliflər olsa da, "Athletic"də qalmağın ən yaxşı seçim olduğuna inandım. Evim hesab etdiyim klubda oynamağa davam etməkdən şadam. Təxminən 15 ildir burdayam. Karyeramda çox vacib məqamdır.

Yeni müqavilə üzrə danışıqlar uzandı. Yaxınlarım bilir ki, qərar verməzdən öncə çox düşündüm və təhlil apardım. İstəklərimə hörmətlə yanaşdığına görə kluba minnətdaram. Yanvardan bəri başqa klublarla danışıq aparmaq hüququm vardı. Lakin iş başına qayıtmaq istədim. "Athletic"də çıxış etmək şərəfdir.

Son bir neçə həftədə zədəmi sağaldıram. Hər şey qaydasında gedir. Yaxın vaxtlarda meydana qayıdacam. Amma dəqiq vaxtı açıqlamaq istəmirəm".