Azərbaycanda qeyriadi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu FOTO


Digərləri 23 Yan 2018 18:24:00 311 0

Azərbaycanda qeyriadi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu  FOTO

Azərbaycanda 2 yaşlı uşağın ağciyərlərinə manna sıyığı dolub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq əməliyyat olunaraq, yenidən sağlamlığına qovuşub.

Son.az xəbər verir ki, qeyri-adi hadisə ilə bağlı lent.az-a məlumat verən uşaq cərrahiyyəsi və urologiya uzmanı Fuad Hüseynov deyir ki, 2 yaşlı uşağı onların yanına gətirərkən sol ağciyəri tamamilə bağlı olub, yəni işləməyib. Səbəb isə belə olub: "Valideynlərinin dediyinə görə, uşaq manna sıyığı yedikdən sonra yatıb və gecə saatlarından başlayaraq, onda təngnəfəslik, temperaturun yüksəlməsi müşahidə olunub. Buna görə də onlar müxtəlif klinikalara müraciət ediblər. Artıq bizə müraciət etdiklərində hadisənin üzərindən 24 saat keçmişdi".

F.Hüseynov bildirir ki, uşaqda ciddi təngnəfəslik, 38.5-39.0 dərəcə temperatur, SPO2, yəni qanda oksigenin səviyyəsi düşməyə meylli olub: "Aparılan müayinələrə əsasən müəyyənləşib ki, uşağın sol ağciyəri tamamilə bağlıdır.


Xəbərə aid fotolar