Moura: "PSG-də xoşbəxt deyiləm"


İdman 23 Yan 2018 17:44:00 306 0

Moura: "PSG-də xoşbəxt deyiləm"

PSG-nin yarımmüdafiəçisi Lukas Moura klubunu dəyişmək istəyir. Goal.az xəbər verir ki, braziliyalı futbolçu "L`Equipe" nəşrinə açıqlamasında bunları deyib:

"Meydana çıxmamaq mənə ən pis zərbədir. İndiyə qədər etdiyim kimi özümü göstərə bilməmək mənə təsir edir. PSG-də xoşbəxt deyiləm. Bu klubda özümü göstərəcəyimi düşünürdüm. Amma indi vəziyyət fərqlidir.

İspaniya La Liqasını bəyənirəm. Sürət və texnikam ora uyğun gəlir. Düzü, hansı liqada oynamaq mənə fərq etmir. Nəyə qadir olduğumu yaxşı bilirəm".

Moura Paris klubuna 2013-cü ildə "Sao Paulo"dan qoşulmuşdu. Onun transferi 40-45 milyon avroya başa gəlmişdi. Braziliyalı oyunçu 2015-ci ildə müqavilə müddətini 2019-cu ilə kimi uzatmışdı.