Bu arıqlama dərmanı qadağan edildi ÖLDÜRÜR!


Digərləri 23 Yan 2018 17:30:00 360 0

Bu arıqlama dərmanı qadağan edildi  ÖLDÜRÜR!

Rusiyada arıqlamaq üçün nəzərdə tutulmuş dərman preparatının satışını həyata keçirən sayt bağlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, söhbət DNP (Dinitrofenol) preparatından gedir.

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Federal Nəzarət Agentliyi bu dərman preparatının ölümcül təhlükəli olduğunu bildirib.

Qeyd olunur ki, reklam sayəsində məşhurlaşan arıqladıcı preparat hər hansı bir dərman, qida əlavəsi və ya idman qidası kimi qeydiyyata alınmayıb. Dərmanın tərkibində ağac və parçaların rəngləməsində istifadə olunan rəngləyicilərin olduğu bildirilir.