Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs edilib


Digərləri 23 Yan 2018 17:32:00 218 0

Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs edilib

Tərtərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədən sürücü həbs edilib.

Bakı. Samir Əli - Tərtərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədən sürücü həbs edilib. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, yanvarın 22-də saat 20 radələrində Tərtər rayon sakini Məhəmməd Əhmədov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes 208 DKB” markalı, 10-RB-130 dövlət qeydiyyat nişanlı mikroavtobusla rayonun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Firdovsi Məmişovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı Tərtər rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.