Gömrükdə 46 min 200 aksiz markasız siqaret aşkarlandı VİDEO FOTO


Digərləri 23 Yan 2018 16:50:00 319 0

Gömrükdə 46 min 200 aksiz markasız siqaret aşkarlandı  VİDEO  FOTO

Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Məhəmməd Məmmədov Yasin oğlunun idarə etdiyi "HYUNDAI AF-47432A" markalı, 01AD046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Tovuz Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasıyla markalanmayan cəmi 46.200 ədəd - "Marlboro Gold edge", "Parliament Silver blue", "Parliament Aqua blue", "Parliament Carat" və "Sobranie Super Slims" adlı siqaretlər aşkar edilib.

Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə 9 ədəd "Samsung Galaxy J5(6)" və 6 ədəd "Samsung Galaxy J5 prime" markalı mobil telefonlar aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar