UEFA Paris klubu ilə bağlı araşdırmasını tamamlayıb


İdman 23 Yan 2018 16:43:00 309 0

UEFA Paris klubu ilə bağlı araşdırmasını tamamlayıb

PSG Neymar və Kilian Mbappenin transferində "Financial fair play" qaydalarını pozmayıb. Goal.az xəbər verir ki, UEFA-nın Maliyyə nəzarəti komitəsi bu qərara gəlib. Amma Paris klubu sanksiyadan qaçmaq üçün 70 milyon avro dəyərində futbolçu satmalıdır. UEFA klubdan maliyyə uçotunu iyunun 30-a kimi balanslaşdırmağı tələb edib. Neymar 2017-ci ilin yaynda 222 milyon avroya "Barcelona"dan transfer olunub. Mbappe isə 180 milyon avro satın alma qiyməti göstərilməklə "Monaco"dan icarəyə götürülüb.