Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatların nə zaman başa çatacağı açıqlanıb


Dünya 23 Yan 2018 16:34:00 297 0

Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatların nə zaman başa çatacağı açıqlanıb

Prezident Adminstrasiyasının mətbuat katibi: “Terrorçularla mülki əhalini ayırd etmək məsələsinə hassas yanaşırıq”

“Keçmişdə olduğu kimi “Zeytun budağı” əməliyyatları haqqında da dezinformasiya yayılmasını müşahidə edirik”.

“Report” “Anadolu” agentlyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Adminstrasiyasının mətbuat katibi İbrahim Kalın Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən müşavirənin yekunları barədə açıqlamasında deyib. 

O qeyd edib ki, müşavirə təhlükəsizlik məsələlərinə həsr olunub və Afrin əməliyyatları geniş müzakirə olunub: “Azad Suriya Ordusu üzvləri və onlara dəstək verən Türkiyə Silahlı Qüvvələrimizə aid birliklər Afrində təsbit edilən separatçı terror qruplaşmasına aid hədəfləri məhv edərək, daha mətn addımla irəliləyir. Terrorçularla mülki əhalini ayırd etmək məsələsinə əvvəlki əməliyyatlarda oldğu kimi yenə də hassas yanaşırıq və bununla bağlı mövqeyimiz dəyişməyib. Separatçı terror qruplaşması bölgədən tamamilə təmizlənənə, Suriyanın əsl sahibləri olan və hələ də ölkəmizdə yaşayan 3,5 milyona yaxın qaçqın qardaşlarımız öz evlərinə qayıdanadək əməliyyatları davam etdirəcəyik”.