İndoneziyada mer polisləri təpiklədi VİDEO


Dünya 23 Yan 2018 16:19:00 264 0

İndoneziyada mer polisləri təpiklədi  VİDEO

İndoneziyanın Mataram şəhərinin meri Ahiyar Abduh polis əməkdaşlarını sınaqdan keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sınaq zamanı mer polis əməkdaşlarını sıraya düzərək təpikləməyə başlayıb.

Bu addımla yeni polis əməkdaşlarının möhkəmliyinin sınandığı məlumat verilib.

Merin bu hərəkəti sosial şəbəkələrdə tənqidlə qarşılansa da, A.Abduhun mətbuat xidməti bunun adi sınaq olduğunu bildirib.