Məleykə Abbaszadə: “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb


Digərləri 23 Yan 2018 16:06:00 171 0

Məleykə Abbaszadə: “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb

Plan yerləri 93,07% dolub.

Bakı. 2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılmışdır. Plan yerləri 93,07% dolub: müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb. Trend-in məlumatına görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadənin sözlərinə görə, tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı “Yoluxucu xəstəliklər” ixtisasına üstünlük veriblər: "“Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb.