"Manchester United" hazır ulduz qazandı"


İdman 23 Yan 2018 15:23:00 290 0

"Manchester United" hazır ulduz qazandı"

"Manchester United"in sabiq futbolçusu və hazırda Uels millisinə rəhbərlik edən Rayan Qiqqs Aleksis Sançezin transferini dəyərləndirib. Goal.az xəbər verir ki, gənc mütəxəsis bunları deyib:

"Aleksisin "United"ə keçidi Robin Van Persinin transferinə bənzəyir. Onlar hazır ulduz əldə etdilər. Düzdür, indi Mourinyonun qarşısında çətin seçim durur. Sançez "Barcelona"da olduğu kimi sağ cinahda oynaya bilər. Amma belə olan halda Marsiala yer tapmaq lazım gələcək. Lakin bu problemlər məşqçinin xoşbəxtliyidir. Aleksis Çempionlar Liqasında da komandaya kömək edə bilər. Bu isə klubu sevindirməyə bilməz".