DİN 10 gündür lənkəranlıları qorxu içində saxlayan qatilmanyakla bağlı xəbər yaydı


Kriminal 23 Yan 2018 15:13:14 283 0

DİN 10 gündür lənkəranlıları qorxu içində saxlayan qatilmanyakla bağlı xəbər yaydı

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Liman şəhərində törədilən qətlin və digər ağır cinayətlərin üstü qısa zamanda açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, yanvarın 13-də Lənkəran rayonunun Liman şəhər sakinləri,  69 yaşlı Humay Qarayevanın və qızı, 48 yaşlı Səbirə Məmmədovanın ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilmələri barədə daxil olan məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb, S.Məmmədova həmin gün, Humay isə yanvarın 20-də xəstəxanada ölüblər. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.