Gömrükdə 46 min 200 aksiz markasız siqaret və 15 mobil telefon aşkarlandı (FOTO/VİDEO)


Digərləri 23 Yan 2018 15:18:34 234 0

Gömrükdə 46 min 200 aksiz markasız siqaret və 15 mobil telefon aşkarlandı (FOTO/VİDEO)

Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.

Bakı. Samir Əli - Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Məhəmməd Məmmədov Yasin oğlunun idarə etdiyi “HYUNDAI AF-47432A” markalı, 01AD046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Tovuz Gömrük İdarəsinə gətirilən həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasıyla markalanmayan cəmi 46.200 ədəd - “Marlboro Gold edge”, “Parliament Silver blue”, “Parliament Aqua blue”, “Parliament Carat” və “Sobranie Super Slims” adlı siqaretlər aşkar edilib.