"Günəşli" yatağında növbəti quyuda qazma işlərinə başlanılıb


Digərləri 23 Yan 2018 15:02:45 248 0

"Günəşli" yatağında növbəti quyuda qazma işlərinə başlanılıb

SOCAR-AQŞ “Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən 320 saylı quyuda qazma işlərinə başlayıb.

Bakı. SOCAR-AQŞ “Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən 320 saylı quyuda qazma işlərinə başlayıb. Bu barədə Trend-ə SOCAR-AQŞ-dən məlumat verilib. 320 saylı quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2950 metr təşkil edir. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.