DİN Lənkəranda 2 qadının döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb


Digərləri 23 Yan 2018 14:52:00 236 0

DİN Lənkəranda 2 qadının döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb

DİN Lənkəranda qadının döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb.

Bakı. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Liman şəhərində törədilən qətlin və digər ağır cinayətlərin üstü qısa zamanda açılıb. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, yanvarın 13-də Lənkəran rayonunun Liman şəhər sakinləri, 69 yaşlı Humay Qarayevanın və qızı, 48 yaşlı Səbirə Məmmədovanın ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilmələri barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həkimlərin səyinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb, S.Məmmədova həmin gün, Humay isə yanvarın 20-də xəstəxanada ölüblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.