Parisin prokuroru: "Terror təhlükəsi yüksək səviyyədə qalmaqdadır"


Dünya 23 Yan 2018 14:37:08 306 0

Parisin prokuroru: "Terror təhlükəsi yüksək səviyyədə qalmaqdadır"

Fransua Molen: "Fransada terror hücumları təhlükəsi simasını dəyişib və daxildən gəlir"

"Fransada terror təhlükəsi azalmayıb, elə yüksək səviyyədə qalmaqdadır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu RTL radiostansiyasının efirində Parisin prokuroru Fransua Molen deyib.

O bildirib ki, ölkədə terror hücumları təhlükəsi simasını dəyişib və daxildən gəlir: "İndi xüsusi xidmət orqanlarına tanış olmayan insanlar təhlükə mənbəyinə çevriliblər".

Qeyd edək ki, bu radiostansiya dünən Terror Təhlili Mərkəzinin (CAT) hesabatını yayımlayıb. Hesabatdan aydın olur ki, 2017-ci ildə Avropada terror hücumlarının həyata keçirilməsinə cəhdlərin sayı 2016-cı ilə nisbətən artıb. Həmçinin 2017-ci ildə 15, 2016-cı ildə isə 14 terror aktının törədildiyi bildirilib.