Röyanın Aygünə qarşı iddiasına baxıldı


Digərləri 23 Yan 2018 13:51:38 303 0

Röyanın Aygünə qarşı iddiasına baxıldı

Bu gün Səbail rayon Məhkəməsində müğənni Röya Ayxanın həmkarı Aygün Bəylərə qarşı qaldırdığı  iddia üzrə məhkəmə prosesi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Zaur Əliyevin icraatında olan prosesdə A.Bəylər və nümayəndəsi məhkəməyə gəlməyib. 

İclasında anket məlumatlar dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası yaxın günlərdə təyin ediləcək. 

R.Ayxan A.Bəylərin "ARB" telekanalında onunla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsi tələb edilib.