Sahibkarlara 5000ci lisenziya verilib


Digərləri 23 Yan 2018 13:34:00 276 0

Sahibkarlara 5000ci lisenziya verilib

Sahibkarlara 5000-ci lisenziya verilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyi tərəfindən 5 saylı Bakı "ASAN xidmət" mərkəzində sayca 5000-ci lisenziya verilib. Sənəd İqtisadiyyat Nazirliyinin və "ASAN xidmət" mərkəzinin əməkdaşları tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə "AMAL+A" MMC-yə təqdim edilib.

"AMAL+A" MMC-nin nümayəndəsi ölkədə sahibkarlığın inkişafı sahəsində görülən tədbirlərə, aparılan kompleks islahatlara, lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına görə, dövlət başçısına təşəkkürünü bildirib.