Lənkəranda döyülərək öldürülən qadının anası da xəstəxanada öldü


Kriminal 23 Yan 2018 13:40:00 265 0

Lənkəranda döyülərək öldürülən qadının anası da xəstəxanada öldü

Lənkəranda döyülən sakinlərdən daha biri ölüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, döyülmə ilə xəstəxanaya yerləşdirilən 69 yaşlı Humay Qarayeva orada dünyasını dəyişib.

Qeyd edək ki, Liman şəhəri ərazisində yanvar ayının 13-ü 48 yaşlı Samirə Miriyeva və onun anası 69 yaşlı Humay Qarayeva, yanvarın 14-də isə 16 yaşlı Heybət Abdullayev və 50 yaşlı Nəcəfqulu Həsənov evində döyülüb.

Müxtəlif bədən xəsarətləri alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.