İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib


İdman 23 Yan 2018 13:25:00 255 0

İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

"Tottenham"in hücumçusu Harri Keyn azarkeşlər arasında keçirilən sorğuya görə 2017-ci ildə İngiltərə millisinin ən yaxşı futbolçusu seçilib. Goal.az xəbər verir ki, 24 yaşlı forvard ötən il millidə 7 oyun keçirib. O, məhsuldar performansla komandanın 2018-ci il dünya çempionatına vəsiqə qazanmasına kömək edib.

İngiltərənin gənclər yığmasının ən yaxşısı isə "Everton"un qolkiperi Cordan Pikford seçilib. 23 yaşlı qapıçı U-21 yığması ilə Avropa çempionatının yarımfinalında oynayıb.