Ərarvada qarşı quldurluq edənlər saxlanıldılar VİDEO – FOTO


Kriminal 23 Yan 2018 13:11:00 307 0

Ərarvada qarşı quldurluq edənlər saxlanıldılar  VİDEO – FOTO

Şamaxıda evə basqın edilib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə yanvarın 19-da Məlhəm kəndindəki evlərdən birinin sahibinə və onun arvadına qarşı quldurluq etmiş cinayətkar qrupun 2 üzvü müəyyən edilib. Kənan Səfərov və İbrahim Mustafayev saxlanılaraq istintaqa təhvil veriliblər. 

Qeyd edək ki, Məlhəm kəndində yaşayan Gülbar Novruzovun evinə girən maskalı şəxslər onun və arvadının əl-ayaqlarını yapışqanlı lentlə bağlayaraq döyüblər. Oradan 12 min manat, 3000 ABŞ dolları və 100 min rubl aparılıblar. 

Həmin şəxslərdən 3-ü "isti izlər"lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıb.


Xəbərə aid foto