Röya Ayxanın Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə başlayıb


Sosial 23 Yan 2018 12:59:13 365 0

Röya Ayxanın Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə başlayıb

Hazırlıq iclasında anket məlumatlar dəqiqləşdirilib

Bu gün Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb.

Bu barədə "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.

Onun sözlərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyi elan edilib.

Vəkil qeyd edib ki, hazırlıq iclasında anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmənin növbəti vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.