Bazarda qiymətlər də dəyişdi, benzindizel mühərrikli avtomobillərin nisbəti də


Digərləri 23 Yan 2018 13:04:00 282 0

Bazarda qiymətlər də dəyişdi, benzindizel mühərrikli avtomobillərin nisbəti də

Son ayın göstəricilərinə görə, (dekabr) Bakıda avtomobil bazarında orta qiymət 18 790 manat təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə məlumat veriəb "MBA Group" konsaltinq şirkətinin direktoru, ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu, o deməkdri ki, noyabr ayı ilə müqayisədə orta qiymət 12,18 faiz artıb.

Ekspert qeyd edib ki, 2017-ci ilin dekabrında paytaxtın avtomobil bazarında cəmi 2 038 avomobil satışa çıxarılıb: "Noyabr ayı ilə müqayisədə bazarda təkliflər portfeli 0,89 faiz artıb. Satışa çıxarılan avtomobillərin 90,2 faizi benzin mühərriki ilə işləyən avtomobillərdir. Dizel mühərriki ilə işləyən avtomobillərin payı 9,8 faiz təşkil edib".

N.İbrahimov bildirib ki, 2017-ci ilin dekabrında bazarda avtomobillərin orta yürüş məsafəsi 200,7 min kilometr təşkil edib və noyabr ayı ilə müqayisədə 2,17 faiz artıb. Avtomobillərin orta yaşı 14,4 təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 0,01 faiz çoxdur.