"Chelsea" futbol akademiyasının 2 məşqçisinə irqçilik ittihamı


İdman 23 Yan 2018 13:06:00 331 0

"Chelsea" futbol akademiyasının 2 məşqçisinə irqçilik ittihamı

"Chelsea" futbol akademiyasının 4 sabiq məzunu orda çalışan bəzi məşqçiləri irqçilikdə ittiham edir. Goal.az xəbər verir ki, adları açıqlanmayan futbolçular 25 ildir akademiyada çalışan Qrem Riks və Qvin Uilyamsdan rasizm ittihamı ilə məhkəmə şikayəti vermək fikrindədir. Keçmiş futbolçulardan biri irqçi müamilə nəticəsində bir müddət banan yeməkdə kompleks yaşadığını da bildirib.

"Futboldan kənar fəaliyyətə başlayanda banan yeməkdən qorxurdum. Ofisə gedəndə kiminsə məni "niger" və ya "meymun" adlandıracağından ehtiyat edirdim" - akademiyanın sabiq məzunu deyib.

"Chelsea" klubu bu məsələlərə ciddi yanaşdığını və onun araşdırılması üçün lazımi köməklik göstərməyə hazır olduğunu qeyd edib. "Zadəganlar" rasizmdən zərərçəkən kəsləri dəstəkləməyə və onlara psixoloq konsultasiya təşkil etməyə də hazırdır.