Bu dükanda nə kassalar var,


Digərləri 23 Yan 2018 12:12:00 340 0

Bu dükanda nə kassalar var,

Dünyanın ən böyük onlayn satış şirkəti olan "Amazon" ABŞ-ın Sietl şəhərində "Amazon Go" adlı yeni dükan açıb.

Son.az Gizmodo-ya istinadən bildirir ki, "Amazon Go" dünyada satıcılar və kassaların olmadığı ilk dükandır. "Amazon"da qeydiyyatdan keçən, akkauntları olan şəxslər bu dükana gələrək istədikləri malları götürüb gedə bilərlər. Ödəniş hesabı onların akkauntuna gələcək.

Dükana daxil olarkən alıcılar smartfonlarındakı QR kodu girişdəki aparatda qeydiyyatdan keçirməldirlər.

Dükanda alıcıların identifikasiyası tavana quraşdırılmış kameralar və elektron sensorlar vasitəsilə müəyyənləşdirilir. Bu sensorlar kompüterə alıcını "tanımağa" və onun götürdüyü məhsulu müəyyənləşdirməyə imkan verir.

Sietodəki "Amazon Go"dakı texnologiyalar 2016-cı ilin dekabrında "Amazon" əməkdaşları üçün açılmış "pilot" dükanda sınaqdan keçirilmişdi.


Xəbərə aid fotolar