Azərbaycan məhsulları dünyanın ən nüfuzlu beynəlxalq sərgisində FOTO


Digərləri 23 Yan 2018 12:16:00 269 0

Azərbaycan məhsulları dünyanın ən nüfuzlu beynəlxalq sərgisində  FOTO

Azərbaycanın 14 şirkətinin məhsulları dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan - "Beynəlxalq Yaşıl Həftə" sərgisində nümayiş olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun başçılığı ilə nümayəndə heyəti 18-20 yanvar tarixlərində Berlin şəhərində təşkil olunmuş kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan "Beynəlxalq Yaşıl Həftə" sərgisində və kənd təsərrüfatı nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda iştirak edib.

S.Talıbov ənənəvi olaraq hər il keçirilən sərgidə Azərbaycanın milli stendinin açılışını edərək, şirkətlərin nümayiş etdirdiyi məhsullarla yaxından tanış olub. Milli stenddə ölkəmizin 14 şirkətinin məhsulları nümayiş etdirilib.

Bundan əlavə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Almaniyanın Kənd Təsərrüfatı üzrə Leibniz İnstitutunun və BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının rəsmiləri arasında görüşlər keçirilib və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.


Xəbərə aid fotolar