FİFA-nın stadionda pivə satmağa icazəsi var


İdman 23 Yan 2018 11:42:00 320 0

FİFA-nın stadionda pivə satmağa icazəsi var

FİFA Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı zamanı stadionlarda pivə satmaq hüququna malikdir. Goal.az xəbər verir ki, qurum 2013-cü ildə Rusiyadan bu məsələ ilə bağlı icazə alıb. Çempionat oyunlarının baş tutacağı 11 şəhərdə azarkeşlər üçün nəzərdə tutulmuş "FIFA Fan Fest" tədbirləri çərçivəsində də pivə satışına icazə var.

Daha öncə yayılan məlumata görə Rostov əyalətinin rəhbərliyi mundialın bir neçə matçının keçiriləcəyi "Rostov Arena"da alkoqollu içkilərin satışına və gətirilməsinə qadağa qoymağa hazırlaşır.