Milli Nüvə Tədqiqatları Mərkəzi: Ermənistan atom reaktorunun ətraf mühitə təsiri ilə bağlı hesabat təqdim etməlidir


Digərləri 23 Yan 2018 11:00:33 273 0

Milli Nüvə Tədqiqatları Mərkəzi: Ermənistan atom reaktorunun ətraf mühitə təsiri ilə bağlı hesabat təqdim etməlidir

Yeni texnologiya ilə tikilib-tikilməməsindən asılı olmayaraq, reaktorun istifadəsi ətraf mühitə, qonşu ölkələrə zərər verir.

Bakı. İlhamə İsabalayeva - Ermənistanda yeni tikiləcək reaktor 3+ nəsil reaktoru olacaq. Amma yeni texnologiya ilə tikilib-tikilməməsindən asılı olmayaraq, reaktorun istifadəsi ətraf mühitə, qonşu ölkələrə zərər verir. Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov Ermənistanda tikiləcək yeni reaktorun qonşu ölkələrin, o cümlədən Azərbaycanın ətraf mühiti üçün zərərli olub-olmayacağına münasibət bildirərkən deyib. A.Qəribovun sözlərinə görə, əslində, beynəlxalq konvensiyaya əsasən, Ermənistan bu cür işləri həyata keçirmək üçün bütün qonşu dövlətlərə bu texnologiyanın ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə hesabat təqdim etməlidir: "Bu qiymətləndirməni Ermənistan deyil, ondan asılı olmayan və bu sahədə sertifikatı olan hər hansı şirkət, beynəlxalq qurumlar həyata keçirməlidir. Ancaq Azərbaycan Ermənistandan bu məsələ ilə bağlı heç bir sənəd almayıb". Mütəxəssisin fikrincə, ən müasir texnologiyalarla qurulan reaktorlara malik Fransa bu sahədə tənzimlənmiş fəaliyyət istiqamətinə keçib. Fransa köhnə reaktorlarının çoxunun fəaliyyətini dayandırır və 4-cü nəsil texnologiyalar əsasında olan reaktorlar tikmək istəyir. Belə reaktorlar isə təbii uranla, yəni “Uran-238”lə işləyir: