Talassemiya Mərkəzi də publik hüquqi şəxs edildi


Digərləri 23 Yan 2018 10:52:00 470 0

Talassemiya Mərkəzi də publik hüquqi şəxs edildi

Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda etdiyi dəyişikliklər əsasında Talassemiya Mərkəzi publik hüquqi şəxs edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeni dəyişiklik əsasında Talassemiya Mərkəzinin adı siyahıdakı "Büdcədən maliyyələşən müəssisələr" bölməsinin " Tibbi mərkəzlər və birliklər" hissəsindən çıxarılıb.

Qeyd edək ki, NK-nın bundan əvvəlki qərarı ilə Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs edilmişdi.