Dəniz yenə coşdu İstanbul və Bursada reyslər təxirə salındı


Dünya 23 Yan 2018 10:45:00 291 0

Dəniz yenə coşdu  İstanbul və Bursada reyslər təxirə salındı

İstanbulda dəniz reysləri təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi belə bir qərarın qəbul edilməsini hazırda İstanbulda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqələndirib.

Qeyd edək ki, bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək əsir. Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında hələ bir neçə gün qədər davam edəcək.