Sutka ərzində qeydə alınan cinayətlərin


Kriminal 23 Yan 2018 10:14:00 290 0

Sutka ərzində qeydə alınan cinayətlərin

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 22-də sutka ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 19-nun üstü "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.