Sançes rəsmən "Manchester United"də


İdman 23 Yan 2018 10:01:00 252 0

Sançes rəsmən "Manchester United"də

"Manchester United" futbol klubu çilili hücumçu Aleksis Sançesi öz sıralarına qatdığını elan edib.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. A.Sançes yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək.

"Mən çox şadam ki, dünyanın ən böyük klubunun sıralarına qatıldım. Mən "Arsenal"da 3,5 il gözəl vaxt keçirdim və bura həmin dahi klub, azarkeşləri barədə müsbət xatirələrimi gətirmişəm", - deyə o bildirib.

"Old Trafforr"da çıxış etmək və Joze Mourinyonun başçılığı altında oynamaqdan imtina edə bilmədiyini deyən futbolçunun sözlərinə görə, o, "Manchester United"in əsas heyətində ölkəsini təmsil etməkdən fəxr duyur.

"Ümid edirəm ki, klubun fanatlarına məni niyə bura gətirmək istədiklərini göstərə biləcəm", - deyə çilili hücumçu bildirib.