UNEC-in keyfiyyət elçiləri ilə görüş (FOTO)


Digərləri 23 Yan 2018 10:01:00 294 0

UNEC-in keyfiyyət elçiləri ilə görüş (FOTO)

UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb.

Bakı. UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, tədrisin keyfiyyətin yüksəldilməsinin UNEC-in əsas hədəflərindən olduğunu bildirən rektor keyfiyyət elçilərinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, işlərin daha da təkmilləşdirilməsi üçün keyfiyyət elçiləri mexanizminin institutlaşmasının vacibliyini vurğulayıb. Keyfiyyət elçilərinin müəyyən olunan kriteriyalar əsasında seçiləcəyinə diqqət çəkən Ə.Muradov seçim zamanı onların Differensial Əməkhaqqı Sistemindəki yerlərinin də əsas meyarlardan biri kimi götürüləcəyini vurğulayıb. Rektor UNEC-in müəllifi olduğu layihədən gələcəkdə digər ali təhsil müəssisələrinin də yararlana biləcəyini qeyd edib.