Çavuşoğlu: ABŞ terrorçuların dili ilə danışır


Digərləri 23 Yan 2018 09:38:36 242 0

Çavuşoğlu: ABŞ terrorçuların dili ilə danışır

ABŞ-ın dövlət katibi Reks Tillerson terrorçuların dili ilə danışır.

Bakı. Rufiz Hafizoğlu - PYD və YPG bölmələrinin Türkiyə ərazisinə raket zərbəsi endirmədiyini bildirən ABŞ-ın dövlət katibi Reks Tillerson terrorçuların dili ilə danışır. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, Birləşmiş Ştatlar terrorçulardan sitat gətirmək əvəzinə Türkiyənin təqdim etdiyi faktlara inanmalıdır.